...

Azərbaycanın nemətlərindən faydalanan hər bir kəs ölkəmizin vətəndaşı olmalıdır - Çingiz Abdullayev "Tofiq Abbasovla dialoq" verilişində Qarabağdakı erməni azlığa müraciət edib (FOTO/VİDEO)

Siyasət Materials 25 Aprel 2023 12:28 (UTC +04:00)
Azərbaycanın nemətlərindən faydalanan hər bir kəs ölkəmizin vətəndaşı olmalıdır - Çingiz Abdullayev "Tofiq Abbasovla dialoq" verilişində Qarabağdakı erməni azlığa müraciət edib (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Verilişin qonağı Azərbaycanın xalq yazıçısı, PEN-klubun prezidenti, Yazıçılar İttifaqının birinci katibi, hüquq elmləri doktoru, professor, bir çox beynəlxalq mükafatların laureatı, "Şöhrət" ordeni kavaleri, altı universitetin fəxri doktoru Çingiz Abdullayev olub.

Verilişdə Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi müzakirə olunub.

"Birincisi, Azərbaycan öz humanitar iradəsini göstərir - torpağımızda yaşamalarına şərait yaradır və qonşularımızın Zəngəzurda etdiklərini etmir. Azərbaycan ərazisində yaşayan və Azərbaycan torpağının nemətlərindən və hüquqlardan faydalanan hər bir kəs ölkəmizin vətəndaşı olmalıdır", - o deyib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti