Bakı. Trend:
Kişinyov görüşü əslində Brüssel görüşünün başqa bir formatıdır. Brüssel görüşündə vasitəçi Avropa İttifaqıdır, Kişinyovda isə iki başqa ölkə rəhbəri -E.Makron, O.Şolfz iştirak edirdi. Lakin ümumi baxsaq, bu iki ölkədə Avropa İttifaqında aparıcı ölkələrdəndir.
Bu barədə Trend-ə açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
O qeyd edib ki, Brüsseldə sülh müqaviləsi imzalanması mümkündür.
"Bu zamana qədər bütün əhəmiyyətli uğururlar Brüssel görüşlərində əldə edilib.İstər sərhədlərin delimitasiya, demarkasiyası olsun, istər ölkələr arasında kommunikasiya açılması məsələsi olsun, bütün bunlar Brüsseldə baş verib. Üstəlik rəsmi Brüssel tərəflərə sülh halında 5 milyard avrodan çox kredit ayıracağını bildirib. Bu səbəbdən Brüssel hər zaman daha real nəticələr ortaya qoyan format olub. Vaşinqton formatında da fikirlər çox yaxın idi. Lakin 4 gün ərzində ABŞ dövlət katibinin təzyiq etməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi bağlamaq mümkün olmadı. Brüssel görüşündən əmin olmağa kifayət qədər əsas var. Kişinyov görüşü əslində Brüssel görüşünün başqa bir formatıdır. Brüssel görüşündə vasitəçi Avropa İttifaqıdır, Kişinyovda isə iki başqa ölkə rəhbəri -E.Makron, O.Şoltz iştirak edirdi. Lakin ümumi baxsaq, bu iki ölkədə Avropa İttifaqında aparıcı ölkələrdəndir. Bu səbədən Kişinyov görüşünü Brüssel görüşünün bir raundu adlandırmaq olar. Brüsseldə sülh müqaviləsi imzalanması məsələsini qarşıdakı günlərdə tərəflərin münasibəti bəlli edəcək. Dəfərlərlə sülhə çox yaxın olmuşuq,lakin Ermənistan geri çəkilib", - deyə o bildirib.