...

AŞPA monitorinq qrupu Azərbaycana səfər edəcək

Siyasət Materials 2 İyun 2023 14:48 (UTC +04:00)
AŞPA monitorinq qrupu Azərbaycana səfər edəcək

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçilərinin Azərbaycana səfəri 2023-cü il iyunun 3-7-nə planlaşdırılıb.

Trend-in məlumatına görə, Yan Liddell-Qreyncer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) AŞPA-nın 2184 nömrəli qətnaməsinin qəbulundan sonra Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək üçün ölkəyə tanışlıq səfəri edəcəklər.

Həmməruzəçilər Bakıda xarici işlər, daxili işlər, ədliyyə nazirləri, məhkəmə orqanlarının nümayəndələri ilə görüşməyi planlaşdırırlar. Həmçinin spiker, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və AŞPA-dakı Azərbaycan nümayəndə heyəti ilə görüşlər keçiriləcək. Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşməyi planlaşdırırlar”, - AŞPA-dan bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti