...

Makron Ermənistanı yenə qorumağa çalışdı - İrəvanın "iki canı" var?

Siyasət Materials 2 İyun 2023 16:23 (UTC +04:00)
Makron Ermənistanı yenə qorumağa çalışdı - İrəvanın "iki canı" var?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kişinyov görüşü bu günlərdə diqqət mərkəzindədir. Bəzi siyasətçilər Kişinyov görüşündən heç bir nəticə əldə olunmadığını qeyd edirlər. Moskv, ABŞ və Qərblə sanki bu istiqamətdə yarış aparır ki, hansı platformada keçirilən görüşlərdə daha çox nəticəyə nail olunacaq.

Bu barədə Trend-ə açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

"Bu görüşdə sülh imzalanması gözlənilmirdi, çünki bu mümkün deyil. Moskvada, Vaşinqtonda, Brüsseldə keçirilən görüşlər deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanmasına hələ müəyyən qədər vaxt var. Sülh müqaviləsinə hərtərəfli hazırlşamaq lazımdır. Kişinyov görüşünün nəticəsiz olduğunu deyənlər haqsızdırlar. Həqiqətən bu görüşün 21 iyulda Brüsseldə keçirləcək görüşə çox böyük təsiri var. Görüşdə tərəflər bütün məsəslələri müzakirə edə bildilər. Sülh müqaviləsinə bir-iki addım daha yaxınlaşdılar. Sülhün əldə olunması uzun prosesdir. Hər keçirilən görüşdə müəyyən yaxınlaşmalar olur. Təbii ki, Kişinyov görüşündə xoşagəlməz hadisə Fransa Prezidenti E.Makronun işitrak etməsi və görüşdən sonra Ermənistanın və özünün mənafeyini qoruyan bəyanat verməsidir. Bu isə gözlənilən idi. Ona görə ki, Makron məhz öz mövqeyini Ermənistanın mövqeyi kimi təqdim etmək üçün orda idi. Hesab edirəm ki, Kişinyov görüşü Azərbaycan mövqeyi baxımında uğurlu oldu. Azərbaycan yenə öz irəli sürdüyü maddələrlə mövqeyini qoruyub saxladı. Düşünürəm ki, bütün dünyanın diqqəti Ermənistanın üzərində cəmləşdi. Destruktiv rol oynayan ölkənin Ermənistan olduğu hər kəsə məlumdur", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti