...

Atəşkəsin intensiv pozulmasında İranın da rolu istisna deyil - Ceyhun Məmmədov

Siyasət Materials 15 İyun 2023 11:31 (UTC +04:00)
Atəşkəsin intensiv pozulmasında İranın da rolu istisna deyil - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüflə qeyd etmək lazımdır ki, biz son günlər ermənilərin davamlı olaraq atəşkəsi pozmasını görürük. Ermənilər Naxçıvanı, Şuşanı, ardınca isə Laçını hədəf seçib. Düşünrəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri ermənilərin təxribatların səbəblərindən biri ola bilər çünki Türkiyə-Azərbaycan münasibətlərinin inkişafını istəməyən ölkələr var. Son günlərdə Zəngəzur dəhlizi ilə bağlı fikirlərin davamlı olaraq səsləndirildiyini görürük. Türkiyə-Azərbaycan birliyi, bu əməkdaşlığın güclənməsi bir sıra dövlətləri, xüsusən də region dövlətlərini ciddi şəkildə narahat etməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, burada İranın da rolu ola bilər. “Çünki biz ard arda həm Türkiyə Prezidentinin, həm də İrəvan rəsmilərinin Zəngızur dəhlizi ilə bağlı açıqlamalar verdiyinin şahidi olduq. Əlbəttə ki, Türkiyə Prezidenti də açıq şəkildə bu məsələyə münasibət bildirdi, İran rəsmiləri də münasibət bildirdi. Bu baxımdan burada istisna olunmur ki, İran da bu məsələdə öz rolunu oynayır. Yəni Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı, Ermənistan rəsmilərinin də bununla bağlı bəyanatı bizə söyləməyə əsas verir ki, burada əlbəttə ki, İranın da fəaliyyəti istisna olunmur. Yəni İran da bu gün bölgəmizə sülhün gəlməsində, Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Bu baxımdan istisna etmirəm ki, burada İran tərəfinin müəyyən bir rolu, cəhdi var. ancaq hesab edirəm ki, bu da perspektivsizdir çünki Azərbaycan öz hədəflərinə çatmaq üçün bütün gərəkli addımları atacaq”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistan bilməlidir ki, bu məsələlərin axırı yaxşı olmayacaq. “Ermənistan prosesi pozmağa, vaxt udmağa, Azərbaycana təzyiq göstərməyə çalışır. Düşünürəm ki, bu cəhtlərin hamısı əbəsdir. Ermənistan əvvəl də bu cəhtləri etməyə çalışdı və heç bir nəticəsi olmadı. Ona görə də Ermənistan belə məsələlərə son qoymalıdır və bilməlidir ki, bu cür təxribatların qarşısı Azərbaycan tərəfindən ən sərt şəkildə alınacaq. Yəni Azərbaycan heç bir güzəştə getməyəcək və bu cür təxribatlar da Azərbaycanın mövqeyini dəyişə bilməz. Zəngəzur dəhlizi ən qısa müddətdə açılmalıdır, delimitasiya və demarkasiya prosesi sürətlənlənməlidir. Region dövlətləri də bilməlidir ki, Azərbaycan mütlıq zəngəzur dəhlizinin açılmasına nail olacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti