...

Qranadaya gedən Paşinyan Bişkek səfərindən imtina etdi - Ermənistanın növbəti pozuculuq əməli (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 11 Oktyabr 2023 18:36 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hər zaman qeyri-konstuktiv addımları ilə proseslərin gedişinə xələl gətirib. Ermənistanın növbəti belə bir addımı isə Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan imtina etməsi oldu.

Paşinyan 6 saat Qranadaya uçur, orada Azərbaycanın iştirak etmədiyi görüşdə Azərbaycanı müzakirə edir. Lakin 2-3 saatlıq uçuş vaxtı olan Bişkekə getməkdən imtina edir. Məlumdur ki, Qranada görüşündə Ermənistanın havadarları var idi və Paşinyanın ora getməsi “mütləq” idi.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Paşinyanın Bişkek görüşündə iştirakdan imtina etməsi təəccüblüdür.

“6 saatlıq yolu qət edərək Qranadaya gedir, Bişkekə getməkdən isə imtina edir. Qranadada kimlər var idi? Fransa, daim Ermənistanı dəstəkləyir, birtərəfli mövqe nümayiş etdirir, ədaləti müdafiə etmir, beynəlxalq hüquqa əməl etmir, yalnız Ermənistanın mövqeyindən çıxış edir”, - deyə o əlavə edib.

Deputat əlavə edib ki, Paşinyanın bu cür davranışı qəbul edilməzdir və onu göstərir ki, Ermənistan sülhü dəstəkləmir.

Daha geniş videomüsahibəni təqdim edirik:

Xəbər lenti

Xəbər lenti