...

Ərdoğandan Zirvə toplantısında Ermənistana ÇAĞIRIŞ

Siyasət Materials 9 Noyabr 2023 12:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında Ermənistana çağırış edib.

Trend xəbər verir ki, Ərdoğan Zirvə toplantısındakı çıxışı zamanı Xəzər keçidli Orta dəhlizin əhəmiyyətinin daha da artdığını bəyan edib.

O qeyd edib ki, Qarabağdan Əfqanıstana qədər hər yerdə həmrəylik göstərilməlidir.

"Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdıq. Ermənistan öhdəliklərini yerinə yetirsə, bu proses daha da asanlaşacaq", - deyə R.T.Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti