Sovet dövründə babalarımızı bizə unutdurmağa çalışıblar. Bu gün bizim Babək haqqında barmaqla yazılacaq qədər kitabımız yoxdur, hamısı tərcümədir.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, həmçinin Koroğlu haqqında bir dənə elmi araşdırma, kitab yoxdur.
"Dədə Qorqud dastanımız var, amma Dədə Qorqud haqqında bir dənə də olsun kitabımız yoxdur. Bu istiqamətdə elmi yazılar yazılmalı, tarixi şəxsiyyətlərin araşdırılması istiqamətində işlə sürətləndirilməlidir",- deyə AMEA prezidenti qeyd edib.
Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.