...

Azad edilmiş ərazilərdə 2030-cu ilədək karbon neytrallığı zonasının yaradılması əsas hədəflərdən biridir - Umayra Tağıyeva

Siyasət Materials 29 Noyabr 2023 16:24 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 2030-cu ilədək karbon neytrallığı zonasının yaradılması əsas hədəflərdən biridir - Umayra Tağıyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Birləşmiş Ərəb Əmirliklərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə 28-ci Konfransı (COP 28) öz işinə başlayacaq.

Bunu Trend-ə özəl açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, həmin tədbirdə Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edəcək.

"Ötən illərdən fərqli olaraq, bu il müxtəlif ölkələrdən yüz minə yaxın iştirakçı həmin tədbirə qatılacaq. COP 28 konfransı əsas dörd istiqamət və dörd paradiqma üzərində qurulur. Bunlardan birincisi enerji keçidinin tezləşdirilməsdir. Enerji keçidi deyəndə yaşıl, alternativ enerji mənbələrinin bütün dünyada təşviq olunması və bu keçidin sürətləndirilməsinə olan çağırışlar nəzərdə tutulur.

İkinci, iqlim dəyişikliyinə dair mübarizə ilə bağlı maliyyə öhdəliklərinin götürülməsi, yəni inkişaf etmiş ölkələr tərəfindən bu sahədə maliyyə məsələsinin həll olunmasıdır. Üçüncüsü bu fəaliyyətin mərkəzinə insan faktorunun daxil edilməsidir. Dördüncüsü isə, tərəflər konfransın inklüzivliyi üçün bütün imkanlardan istifadə və qeyd etmək lazımdır ki, burada həm dövlət, həm qeyri-hökumət təşkilatları və cəmiyyət həmin tədbirdə təmsil olunacaq", - deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, Azərbaycan ilk dəfə olaraq həmin tədbirdə öz pavilyonu ilə təmsil olunacaq.

"Azərbaycan Respunblikası adından xarici ölkələrdə sərgilərin təşkilində böyük təcrübəsi olan Heydər Əliyev Fondunun dəstəyi və iştirakı ilə həmin pavilyon hazırlanıb. Ölkəmizin pavilyonunda iqlim dəyişmələri sahəsində ölkənin siyasəti həm mitiqasiya, yəni iqlim dəyişmələri təsirlərinin azaldılması istiqamətində görülən işlər, təşəbbüslər, iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı milli adaptasiya tədbirləri haqqında geniş məlumat veriləcək.

Eyni zamanda, işğaldan azad edilən ərazilərdə görülən işlər və bu ərazilərdə 2030-cu ilə qədər karbon neytrallığı zonasının yaradılması əsas hədəflərimizdən biridir. Bu barədə geniş məlumatlar təqdim olunacaq", - deyə U.Tağıyeva vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti