...

Belçika Azərbaycan ilə Ermənistan arasında sülh yolu ilə nizamlanmasının tərəfdarıdır - nazir

Siyasət Materials 12 Dekabr 2023 00:12 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Belçika Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə və hərtərəfli həlli istiqamətində səyləri qətiyyətlə dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Belçikanın xarici işlər naziri Haca Labib "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla söhbət etmək çox xoşdur. Belçika regionda sabitliyə töhfə verərək Ermənistanla münaqişənin sülh yolu ilə və hərtərəfli həlli istiqamətində səyləri qətiyyətlə dəstəkləyir", - deyə nazir bildirib.

O qeyd edib ki, tərəflər həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti