...

PA, MM və XİN-də müzakirə aparılıb: Azərbaycan Avropa Şurasından çıxa bilər

Siyasət Materials 31 Yanvar 2024 14:47 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli siyasətindən sonra Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

Trend-in mənbədən əldə etdiyi məlumata görə, AŞPA-nın məlum qərarı ilə bağlı bu günlərdə Prezident Adminstarsiyası (PA), Milli Məclis (MM) və Xarici İşlər Nazirliyinin (XİN) ekspertlərinin iştirakı ilə işçi müzakirə keçirilib.

Müzakirələrdə AŞPA-da Azərbaycana qarşı qərəzli münasibətə və əsassız ittihamlara cavab olaraq Azərbaycanın Avropa Şurasından çıxması və Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımaqdan imtina məsələsinin siyasi, hüquqi parametrləri müzakirə olunub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın qərəzli siyasətinə qarşı olaraq Azərbaycanın Avropa Şurasından çıxa biləcəyi ilə bağlı məlumat vermişdik. Hazırda isə bu məsələ ekspertlər tərəfindən müzakirə olunur və Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı artır.

Xəbər lenti

Xəbər lenti