...

Seçki məntəqələrində müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu - TDT Baş katibi

Siyasət Materials 8 Fevral 2024 14:31 (UTC +04:00)
Seçki məntəqələrində müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu - TDT Baş katibi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının müşahidə missiyası seçki günü bir neçə qrupa bölündü. Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər apardı.

Trend xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, missiya qardaş Azərbaycanın öz azad edilmiş ərazilərində ilk dəfə seçki keçirməsindən qürur və fərəh hissi keçirir:

“Seçki prosesi zamanı missiya heç bir qanunsuzluq, narazılıq müşahidə etmədi. Hər şey qanunauyğun idi. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Müşahidə Komissiyası seçkilərə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb.

Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu. Müşahidəçilər bütün yerlərdə olan məntəqələrdə seçkilərə nəzarət edə bilərdi. Həmçinin, missiya onu da müşahidə etdi ki, bütün seçki məntəqələri texnikalarla təmin olunmuşdu.

Nəticə olaraq missiya bu qərara gəldi ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri açıq və şəffaf keçirilib”, - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Xəbər lenti

Xəbər lenti