...

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib - XİN rəhbəri

Siyasət Materials 22 Fevral 2024 17:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul zamanı deyib.

Azərbaycanın bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti