...

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Siyasət Materials 11 Mart 2024 12:01 (UTC +04:00)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.

Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 2 aprelə qədər uzadılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti