...

Birbaşa danışıqlar ən müsbət formatdır - XİN rəhbəri

Siyasət Materials 14 May 2024 12:47 (UTC +04:00)
Birbaşa danışıqlar ən müsbət formatdır - XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlardan istifadə edilməsi ən müsbət formatdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar ən müsbət nəticə verən formatdır. Bunun təsdiqi olaraq son 6 ay ərzində silsilə etimad quruculuq tədbirlərinə nail olunmasını göstərmək olar.

Ən yeni inkişaflar sırasında aprel ayında iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad edilməsini qeyd edə bilərik", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti