Bakı. Trend:
Milli Məclis daha bir beynəlxalq sənədi ratifikasiya edib.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.