...

Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr müzakirə edilib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2024 15:03 (UTC +04:00)
Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr müzakirə edilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hüquqşünasların hazırlanması sahəsində Rusiyanın aparıcı təhsil müəssisələrindən hesab edilən və Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutunun müəllim və tələblərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycana səfər çərçivəsində oktyabr ayının 14-ü İDU-nun Hüquq institutunun və İrkutsk Vəkillər Palatasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyev tərəfindən qəbul edilib.

Görüş zamanı qonaqlarla hüquqşünas kadrlarının hazırlanmasının xüsusiyyətləri, əməkdaşlığın faydası və perspektivləri, Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr barədə söhbət aparılıb.

Görüşdən sonra nümayəndə heyəti yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi ilə tanış olub.

Daha sonra qonaqlar paytaxtın Dərnəgül yaşayış sahəsində yerləşən inzibati binalar kompleksində yaradılmış şəraitlə tanış olub, onlara kitabxanalar, məşğələ auditoriyaları, kriminalistik avadanlıq otaqları və texnikası, konfrans zalı və digər xidməti otaqlar nümayiş etdirilib.

Qonaqlar üçün, həmçinin, Azərbaycan Prokurorluğunun fəaliyyəti, prokurorluq işçilərinin tədris prosesi, hazırlıq və ixtisasartırma kursları və digər təlimlərin keçirilməsi əsasları, habelə tətbiq edilən müasir texnologiyalar barədə təqdimatlar keçirilməklə ətraflı məlumat verilib.

Vətən Müharibəsi qalereyasını ziyarət edən nümayəndə heyəti Heydər Əliyevin büstü qarşısında Ulu Öndərin əziz xatirəsini yad edib.

Təcrübə mübadiləsi zamanı İrkutsk Dövlət Universitetinin Hüquq institutunun və İrkutsk Vəkillər Palatasının nümayəndələri əldə etdikləri məlumatlara və göstərilmiş diqqətə görə minnətdarlığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti