...

Ceyhun Bayramov Baydenin xüsusi köməkçisinə sülh sazişinə ən ciddi maneənin Ermənistan Konstitusiyası olduğunu bildirib

Siyasət Materials 21 Oktyabr 2024 15:22 (UTC +04:00)
Ceyhun Bayramov Baydenin xüsusi köməkçisinə sülh sazişinə ən ciddi maneənin Ermənistan Konstitusiyası olduğunu bildirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də, sonuncu İstanbul görüşü barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti