...

Tacikistan XİN Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının region üçün vacibliyini qeyd edib

Siyasət Materials 18 Mart 2025 18:10 (UTC +04:00)
Tacikistan XİN Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının region üçün vacibliyini qeyd edib
Umar Abakirov
Umar Abakirov
Bütün xəbərlər

Düşənbə.Trend:

Tacikistanın xarici işlər nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıb.

Bu barədə Trend ölkənin xarici işlər nazirliyinə istinadən məlumat verir.

“Tacikistan Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır”, - deyə məlumatda qeyd olunur.

Nazirlik bu sənədin tezliklə hüquqi baxımdan təsdiqlənməsinin Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması yolunda mühüm addım olacağına və Cənubi Qafqaz regionunda sabitliyə və inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, martın 13-də Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti