...

Dünya hərb tarixində yeni səhifə: Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin peşəkar döyüş fəaliyyəti və qələbə əzmi

Siyasət Materials 1 May 2025 18:18 (UTC +04:00)
Dünya hərb tarixində yeni səhifə: Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin peşəkar döyüş fəaliyyəti və qələbə əzmi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi Təyinatlı Qüvvələr yarandığı 1999-cu ildən bu günədək Azərbaycan ordusunun ən hazırlıqlı, çətin, mürəkkəb vəziyyətlərdə yüksək peşəkarlıqla əməliyyatlar həyata keçirməyə qadir birləşməsidir. Adından da göründüyü kimi, Silahlə Qüvvələrimizin xüsusi şərtlərlə əməliyyat aparmağa qadir olan, Azərbaycan ordusunun gücünü, qüdrətini göstərməyi bacaran şanlı bir hissəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrimiz həm 2016-cı ildə, həm 2020-ci ildə Azərbaycan hərb tarixinin yeni səhifələrini yazmağı bacardılar:

“Hərbçilərimizin peşəkarlığı, iradəsi, qətiyyəti o səviyyədədir ki, təkcə regionda deyil, dünyanın konfliktlər olan bir çox bölgələrində onların qəhrəmanlığı, əməliyyat həyata keçirmə qabiliyyəti, peşəkarlığı öyrənilir və tədris edilir. Lakin mənə elə gəlir ki, xüsusi təyinatlıların hərb tarixinə yazdığı xüsusi səhifə var. Bu səhifə Şuşanın azad edilməsi ilə bağlıdır”.

Deputat bildirib ki, bu, dünya hərb tarixində çətin, mürəkkəb bir relyefdə necə böyük bacarıq, iradə, cəsarət, qətiyyətlə əməliyyat həyata keçirməyin mümkünlüyü göstərən hadisədir:

“Təsadüfi deyil ki, Azərbaycan xalqının vətən sevgisinin simvoluna çevrilən Şuşanın azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevi təbrik etdi. Bu, Ali Baş Komandan tərəfindən bütün xüsusi təyinatlılarımızın şərəfinə ünvanlanan bir salam idi. Bu şərəf, qətiyyət, güclə təkcə xüsusi təyinatlılar yox, bütün Azərbaycan öyünür. XTQ ilə Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlərin xalqları qürur duyur. Bir qədər də daha geniş qiymətləndirməyə çalışsaq, onlar Murovdağda, Şuşada, digər strateji ərazilərdə keçirdikləri əməliyyatlarla bütün türk-müsəlman dünyasının rəğbətini qazandılar. İlk dəfə olaraq milli ordumuzun tərkibində, onunla birlikdə müsəlman ölkəsinin qlobal imperializmə baxmayaraq, qələbə qazanmasının mümkün olduğunu göstərdilər”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev isə Trend-ə açıqlamasında xatırladıb ki, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ideyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur:

“1999-cu ilin aprelində Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla XTQ formalaşdırılmağa başlanıldı. Onların formalaşmasında qardaş və strateji müttəfiqlərimiz Türkiyə və Pakistan Silahlı Qüvvələrinin döyüş təcrübəsindən istifadə olunub. Lakin Aprel döyüşləri və Vətən müharibəsindəki göstərdikləri şücaət və fədakarlıq, qazandıqları ad sayəsində Azərbaycan xüsusi təyinatlılarının öz şanlı məktəbi yarandı”.

Millət vəkilinin sözlərinə görə, gənclər arasında XTQ sıralarına qoşulmağa maraq yüksəkdir:

“Döyüş və mübarizə sınağından çıxmış bu məktəbin sıralarına daxil olmaq, xüsusi təyinatlıların sırasında yer almaq üçün Azərbaycan gəncləri böyük maraq göstərirlər. Seçim şərtləri indi əvvəlki illərdən daha sərtdir. Burada döyüş qabiliyyəti, fiziki, psixi-mənəvi hazırlıq faktorları ilə yanaşı, vətən uğrunda və Ali Baş Komandanın tapşırıqları əsasında döyüşmək, Ana Vətənin müdafiəsini təmin etmək istəyi xüsusi rol oynayır”.

Deputat əlavə edib ki, XTQ-nin şüacəti, qəhrəmanlığı xalqımıza çox yaxşı məlumdur:

“Xüsusilə Cəbrayılın azad olunması bu birləşmələrin adı ilə bağlıdır, Şuşanın azad olunmasında onların xüsusi və böyük tarixi xidməti var. Bu cəsur döyüşçülər ölümün üzərinə şüacətlə gedərək Zəfər tariximizdə adlarını öz qanları ilə əbədi həkk etdilər. Prezident İlham Əliyev 2022-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsinin açılışında xüsusi təyinatlıların xidmətini vurğulayaraq bildirdi ki, xalqımız onlarla fəxr edir və onlara dövlət qayğısı bundan sonra da davam etdiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti