...

Bakıda MDB ölkələrinin dəmiryolu nəqliyyatı üzrə Şurasının iclası keçiriləcək

Siyasət Materials 12 İyun 2025 16:29 (UTC +04:00)
Bakıda MDB ölkələrinin dəmiryolu nəqliyyatı üzrə Şurasının iclası keçiriləcək
Umar Abakirov
Umar Abakirov
Bütün xəbərlər

Düşənbə. Trend:

MDB iştirakçı dövlətlərinin dəmir yolu nəqliyyatı üzrə Şurasının növbəti iclası 2025-ci ilin noyabr ayında Bakı şəhərində keçiriləcək.

Trend bu barədə Tacikistanın Nəqliyyat Nazirliyinə istinadən məlumat verir.

Nazirlikdən bildirilib ki, 10–11 iyun 2025-ci il tarixlərində Düşənbədə Tacikistanın sədrliyi ilə MDB iştirakçı dövlətlərinin dəmir yolu nəqliyyatı üzrə Şuranın 82-ci iclası keçirilib.

Şuranın işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan dəmir yolu idarələrinin nümayəndələri, eləcə də Gürcüstan, İran, Latviya və Estoniya assosiasiya üzvləri iştirak ediblər.

Bundan başqa, Beynəlxalq Dəmir Yolu Nəqliyyatı Həmkarlar İttifaqları Konfederasiyasının, MDB İcraiyyə Komitəsinin və Hökumətlərarası Yol Komitəsinin nümayəndələri də iclasa qatılıblar.

Şura çərçivəsində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə strateji qrup yaradılıb. Bu qrup dəhlizlərin idarə olunması, tariflərin razılaşdırılması, rəqəmsallaşdırılması və logistikanın təkmilləşdirilməsi ilə məşğul olacaq.

Həmçinin, 2020–2024-cü illər üzrə Şuranın fəaliyyətinə dair hesabat təsdiqlənib və növbəti baxış üçün MDB İcraiyyə Komitəsinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti