...

İstanbulda “Böyük Gənclik Mükafatı Mərasimi” keçirilir (FOTO)

Siyasət Materials 20 İyun 2025 17:37 (UTC +04:00)
İstanbulda “Böyük Gənclik Mükafatı Mərasimi” keçirilir (FOTO)
Rufiz Hafizoğlu
Rufiz Hafizoğlu
Bütün xəbərlər

İstanbul. Trend:

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) tərəfindən təşkil olunan “Böyük Gənclik Mükafatı Mərasimi” keçirilir. Forum Haliç Universitetində baş tutub.

Trend xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Mərasimə dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclər, liderlər və rəsmi qonaqlar qatılıblar.

Forum çərçivəsində gənclərin qlobal proseslərdə rolu, innovasiya, liderlik və əməkdaşlıq imkanları müzakirə olunur. Tədbir həmçinin, İslam dünyasında gənclərin birliyini gücləndirməyi və ortaq platformalar yaratmağı hədəfləyir.

Məlumat üçün bildirək ki, İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gəncləri arasında əməkdaşlığı, həmrəyliyi və inkişafı təşviq etmək məqsədilə yaradılıb. Mərkəzi İstanbulda yerləşən təşkilat, İƏT-in rəsmi gənclik qurumu olaraq fəaliyyət göstərir. ICYF müxtəlif beynəlxalq forumlar, təlim proqramları, təşəbbüslər və mükafatlandırma mərasimləri vasitəsilə gənclərin liderlik bacarıqlarını artırmağı və qlobal səviyyədə dialoq imkanlarını gücləndirməyi qarşısına məqsəd qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti