...

Fransız qonaq Parisdə azərbaycanlı şəhid-jurnalistlərin xatirəsinə həsr olunmuş sərgi barədə: "Onların səsləri susub, amma unudulmayıblar" (FOTO)

Siyasət Materials 16 İyul 2025 15:29 (UTC +04:00)
Fransız qonaq Parisdə azərbaycanlı şəhid-jurnalistlərin xatirəsinə həsr olunmuş sərgi barədə: "Onların səsləri susub, amma unudulmayıblar" (FOTO)
Sahil Kərimli
Sahil Kərimli
Bütün xəbərlər

Bakı. Trend:

Fransız vətəndaşı Feruz Qaderi Parisdə "Baku Network" (BN) analitik mərkəzi tərəfindən təşkil olunmuş azərbaycanlı jurnalist-şəhidlərin xatirəsinə həsr olunan sərgidən aldığı təəssüratları sosial şəbəkələrdə bölüşüb.

Onun sözlərinə görə, sərgi dərin ehtiram ab-havasında keçib.

“Bu, ayıq düşüncəli, dərin bir axşam idi, ehtiramla dolu, burada xatirə ilə şüur bir araya gəldi”.

Qaderiyə xüsusi təsir bağışlayan çıxışlar Azərbaycan Respublikasının Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova, "Baku Network"un rəhbəri Elçin Ağacanov, eləcə də, tanınmış fransız jurnalist, “La Gazette du Caucase” nəşrinin baş redaktoru Jan-Mişel Brünün çıxışları olub.

Feruz Qaderinin qeyd etdiyi kimi, onların sözləri həqiqət naminə həyatlarını qurban vermiş insanların səssiz cəsarətini vurğuladı.

“Getdikcə daha da səs-küylü olan bir dünyada bu an mənə azad və vahid mətbuatın həyati vacib rolunu, həmçinin, xatırlamaq borcumuzu xatırlatdı”, – deyə o bildirib.

Feruz Qaderi təşkilatçılara bu “zəruri təşəbbüs” üçün təşəkkür edib və tədbirin sonunda göstərilən səmimi münasibətin iştirakçılara fikir mübadiləsi aparmağa və “bu səslərin unudulmaqdan qorunmasına imkan verməyə davam etməyə” şərait yaratdığını vurğulayıb.

Qeyd edək ki, "Baku Network" analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.

Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.

Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərginin iştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti