...

Finlandiya "Mərkəzi Baltik - Azərbaycan" layihəsini dialoq və biznes üçün bir platforma kimi dəstəkləyir - Səfir

Siyasət Materials 21 Oktyabr 2025 19:37 (UTC +04:00)
Finlandiya "Mərkəzi Baltik - Azərbaycan" layihəsini dialoq və biznes üçün bir platforma kimi dəstəkləyir - Səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Mərkəzi Baltik - Azərbaycan” layihəsi insanlar və şirkətlər arasında təmasların qurulmasında həlledici rol oynayır, həmçinin regional əməkdaşlığa vasitəçilik edir.

Trend xəbər verir ki, bunu Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narinen “Mərkəzi Baltik - Azərbaycan” biznes forumunda çıxışında bildirib.

K. Narinenin sözlərinə görə, regional əməkdaşlıq ortaq maraqlar, mədəniyyət, ehtiyaclar və qarşılıqlı faydalar üzərində qurulur ki, bu da Avropa İttifaqının prinsiplərində təzahür edir. Diplomat vurğulayıb ki, region ölkələrinin inteqrasiyası üzv dövlətlərə real fayda gətirir və biznesin inkişafına töhfə verir, çünki ayrı-ayrı bazarlar təkbaşına fəaliyyət göstərmək üçün kifayət qədər böyük deyil.

“Regionun Türkiyə ilə, daha sonra isə Mərkəzi Asiya ölkələri ilə birləşməsi daha çox imkanlar açır. Aİ-nin ölkələri və regionları birləşdirməyə yönəlmiş proqramları da məhz bu məqsədə xidmət edir”, - deyə səfir qeyd edib.

K. Narinen vurğulayıb ki, layihənin ən vacib cəhəti yalnız institutların və şirkətlərin deyil, insanların bir araya gətirilməsidir. O, bunun bariz nümunəsi kimi Bakıda keçirilən COP29 tədbirində on minlərlə insanın iştirakını göstərib ki, bu da yeni əlaqələrin qurulmasına imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti