Bakı. Trend:
Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Orxan Mürsəlov bu təyinata qədər Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
