...

Efiopiyanın Baş naziri Zəfər parkını ziyarət edib (FOTO)

Siyasət Materials 27 Fevral 2026 09:44 (UTC +04:00)
Efiopiyanın Baş naziri Zəfər parkını ziyarət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.

Trend xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti