...

Efiopiyanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb (FOTO)

Siyasət Materials 27 Fevral 2026 09:25 (UTC +04:00)
Efiopiyanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti