Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb (FOTO)

Siyasət Xəbər 25 Sentyabr 2026 20:02 (UTC +04:00)
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edib.

Nazir çıxışında İƏT-in Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşündə qəbul olunan strateji Xankəndi Kommünikesinin və Fəaliyyət Planının icrasına toxunaraq, Bakıda İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını və Şuşanın 2026-cı il üçün İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu diqqətə çatdırıb.

Nazir Azərbaycanın Orta Dəhliz boyunca, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu vurğulayıb.

O, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji sinerjiyə diqqət çəkərək, Azərbaycanın Çolpon-Atada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində üzvlüyünü və fəal iştirakını, eləcə də Avazada keçiriləcək qarşıdakı sammiti qeyd edib.

Ceyhun Bayramov 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesinin gedişi barədə məlumat verərək, etimad quruculuğu tədbirlərini, tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti