...

AZƏRBAYCANIN OMBUDSMANI ACLIQ ELAN ELAN ETMİŞ MƏHBUSUN İŞİ ÜZRƏ BAŞ PROKURORA MÜRACİTƏ EDİB

Siyasət Materials 7 İyul 2005 12:53 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın Baş prokurorluğa 1 saylı istintaq təcridxanasında saxlanılan Elşən Heydər oğlu Paşayevin hüquqlarının müdafiəsi ilə bağlı müraciəti daxil olub. Azərbaycanın Ombudsman Aparatından Trend ə daxil olan mədumata görə, Aparatın əməkdaşları Paşayevlə görüşərək onunla ayrıca söhbət aparıblar.

E.Paşayev Ombudsmanın nümayəndələrinə onun işi üzrə istintaqın qeyri-adi gedişi barədə məlumat verərək aclıq vasitəsilə ictimaiyyətin diqqətini cəlb etmək barədə niyyətini açıqlayıb.

Ombudsman ölkənin baş prokuroruna Paşayevin işinin öyrənilməsində yardım göstərməyə və müvafiq tədbirlər qəbul etməklə bağlı müraciət edib.

Xəbər lenti

Xəbər lenti