...

23 876 ABİTURİYENT TƏLƏBƏ ADINI QAZANIB

Siyasət Materials 10 Avqust 2005 14:19 (UTC +04:00)
23 876 ABİTURİYENT TƏLƏBƏ ADINI QAZANIB

100 min abituriyentdən 28 876 nəfəri Azərbaycanın ali məktəblərinin tələbəsi olub. Trend in məlumatına görə, bu barədə avqustun 10-da ölkənin ali məktəblərinə qəbul imtahanlarının yekunları ilə bağlı keçirilmiş mətbuat- konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ali məktəblərdə 83% boş yer artıq tutulub. Ödənişsiz əsaslı ali məktəblərdə bu rəqəm 97%, ödənişli əsaslı ali dövlət məktəblərində - 97%, özəl məktəblərdə isə 45% təşkil edir. Avqustun 12-dən 16-na kimi ali təhsil müəssisələrində boş qalmış 4909 yerə sənədlərin qəbulu keçiriləcək.

Yüksək bal toplamış (600 və daha çox) abituriyetlərin sayı 1050 nəfərdir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən türk liseyləri və orta məktəblərin məzunları yenə də yüksək nəticələr göstəriblər.

M.Abbaszadənin sözlərinə görə, komissiya həmçinin orta ixtisas təhsil müəssisələrinə də qəbul həyata keçirir. Qəbul ali məktəblərə imtahanlar zamanı toplanmış ballar əsasında keçiriləcək. 50-dən artıq bal toplamış abituriyentlər texnikumlara ərizə verə bilərlər.

Xəbər lenti

Xəbər lenti