...

AKİF NAĞI: "İCTİMAİ TELEVİZİYADA ERMƏNİ DİLİNDƏ VERİLİŞLƏRİN OLMASI MƏQSƏDƏ UYĞUNDUR"

Siyasət Materials 11 Avqust 2005 18:46 (UTC +04:00)

"İctimai Telefiziyada erməni dilində verilişlərin hazırlanması məqsədəuyğundur". Bu fikirləri Trend ə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Hağı bildirib. Qeyd edək ki, İctimai Televiziyanın (İTV) baş direktoru İsmayıl Ömərov bu kanalda erməni dilində veriliş hazırlanmasının nəzərdə tutulduğunu açıqlayıb, bildirib ki, Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri ölkəmizdə gedən quruculuq işlərinin, inkişafın şahidi olub işğalçılıq niyyətindən əl çəkə, Azərbaycanın tərkibində sülh şəraitində yaşamağa üstünlük verə bilərlər.

A.Hağı da bu baxımdan erməni dilində xəbərlərin efirə getməsi və Qarabağ ərazisinə yayımlanmasının düzgün olduğunu deyib. O, qeyd edib ki, dünyanın müxtəlif münaqişəli ölkələrində qarşı tərəfin dilində televiziya verilişlərinin olması təcrübəsi var.

Azərbaycan da bu baxımdan istisna deyil. Lakin A.Hağı hesab edir ki, erməni dilində verilişlərdə Azərbaycan haqqında ifrat dərəcə, şişirdilmiş təbliğata yol verilməməlidir.

Reallığı əks etdirmək şərti ilə, ermənilərin obyektiv, düzgün məlumatlandırılması, Qarabağ münaqişəsi haqqında həqiqətlərin onların diqqətinə çatdırılması lazımdır. "Erməniləri inandırmaq lazımdır ki, onlar həmişə olduğu kimi indi də Azərbaycan Respublikasının vətəndaşlarıdır və azərbaycanlılarla hüquqları bərabər olacaq.

Sadə erməniləri öz dillərində başa salmaq lazımdır ki, onlar Ermənistanın təcavüz əməllərinin qurbanına, onun əlində alətə çevrilməməlidir, Azərbaycan vətəndaşları kimi rahat, təhlükəsiz yaşamaları üçün işğalçı, separatçı ünsürlərdən uzaq olmalıdırlar"-deyə A.Hağı bildirib.

QAT sədrinin fikrincə, İTV-də erməni dilində xəbərlərin proqramların hazırlanması ilə bağlı məqsədyönlü iş aparılmalı, ehtiyatlı olmaq, təhlükəli nəticələrə yol verməmək lazımdır.

Xəbər lenti

Xəbər lenti