...

QAT ERMƏNİLƏRİN ABİDƏLƏRİMİZİ SAXTALAŞDIRMAQ CƏHDLƏRİNƏ ETİRAZ EDİR

Siyasət Materials 15 Avqust 2005 17:24 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilər tərəfindən Şuşa məscidinin guya bərpa olunması adı altında qədim tarixi abidələrimizin saxtalaşdırmaq cəhdlərinə etiraz olaraq bəyanat yayıb. Bu barədə Trend ə QAT-dan məlumat daxil olub.

Bəyanatda deyilir ki, Şuşa məscidinin bərpa olunması və bu işə İran mütəxəssislərinin də cəlb olunması təşəbbüsü son 17 ildə ermənilərin vandalizmini ört-basdır etmək cəhdidir.

Ermənilər bu müddət ərzində işğal olunmuş ərazilərdə 5 mindən artıq tarixi, mədəni, arxeoloji abidələri talan etmiş, dağıdıb və ya saxtalaşdıraraq özününküləşdiriblər.

Ermənilər min illərlə yaşı olan Azərbaycan abidələrini kölgədə saxlayır, lakin cəmi 200 yaşı olan məscidi qabartmaqla azərbaycanlıların orada yaşayış tarixlərini saxtalaşdırmaq məqsədi güdürlər.

"Biz erməni işğalçılarının nəzarəti altında hər hansı bərpa və ya qazıntı işlərinin aparılmasına qəti etiraz edirik. Bu addım həm də həmin abidələrin xarici görünüşlərinin dəyişdirilməsi, onlara saxta "erməni elementləri"nin əlavə edilməsi məqsədi güdür. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar bu erməni fırıldağının qarşısını dərhal almalıdır"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti