...

ƏLİ ƏHMƏDOV: "YENİ AZƏRBAYCAN PARTİYASI NAMİZƏD VERMƏDİYİ SEÇKİ DAİRƏLƏRİNDƏN XALQ ARASINDA HÖRMƏTİ OLAN NAMİZƏDLƏRİ DƏSTƏKLƏYƏCƏK"

Siyasət Materials 9 Sentyabr 2005 14:04 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) namizəd vermədiyi seçki dairəsindən namizədliyi qeydə alınan və xalq tərəfindən hörmət bəslənilən nüfuzlu şəxsləri dəstəkləyəcək". Bu barədə Trend agentliyinə YAP-ın icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədovun sözlərinə görə bununla bağlı partiya rəhbərliyi mövqeyini açıq şəkildə bildirib: "Biz bir qədər müşahidə aparacağıq. Elə seçki dairələri var ki, oradan cəmiyyət arasında tanınan, böyük hörmətə malik şəxslərin namizədliyi qeydə alınıb. YAP həmin şəxslərin seçki təbliğatına dəstək verəcək".

YAP-ın icra katibi onu da bildirib ki, bu, yalnız seçkilərə müstəqil şəkildə qatılan şəxslərə şamil ediləcək. Hakim partiya tərəfindən bu dəstəyin hansı formada həyata keçiriləcəyinə gəlincə, Ə.Əhmədov: "YAP öz namizədlərini necə dəstəkləyəcəksə, onları da elə dəstəkləyəcək. Biz onlarla öz namizədlərimiz arasında fərq qoymayacağıq", - deyə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti