...

ÜMİD PARTİYASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA ŞİKAYƏT EDƏCƏK

Siyasət Materials 13 Sentyabr 2005 12:29 (UTC +04:00)

"Ümid Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edəcək". Bu barədə Trend agentliyinə Ümid Partiyasının daimi seçki qərargahından bildiriblər.

Partiyanın MSK-ya şikayət edəcəyinə əsas texniki problem kimi namizədlərin sayının çox olmasına baxmayaraq təşviqat materiallarının yapışdırılması üçün ayrılan yerlərin məhdud olması və dairə üzrə bütün məntəqələri əhatə etməməsidir.

Məlumatda daha sonra bildirilib ki, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd, "Sabunçu" Elmi-İstehsalat Birliyi ASC İdarə Heyətinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü Oruc Məmmədovun Balaxanı qəsəbəsində keçirdiyi görüşdə seçilməyəcəyi təqdirdə rəhbərlik etdiyi müəssisədə çalışan balaxanlıları işdən çıxcaracağı ilə hədələyib.

Bundan başqa qeyd edilib ki, Sumqayıt şəhər birinci seçki dairəsindən namizədliyini verən Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri (AMDP) Sabir Tarıverdiyev və YAP-ın namizədi Fikrət Sadıxov seçiciləri ələ almaq məqsədilə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olublar.

Regionlarda (89 sayıl Göyçay-Ağdaş, 56 saylı Xaçmaz kənd seçki dairələri) da Ümid Partiyasının namizədlərinə qarşı antitəbliğat aparıldığı barədə məlumat verən partiyanın daimi seçki qərargahı Seçki Məcəlləsinin müvafiq qanunlarının pozulduğunu və bunun qarşısı alınmazsa, digər ali orqanlara müraciət ediləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti