...

AZƏRBAYCANDA RƏYİ SORUŞULANLARIN 40%-DƏN ÇOXU KİMƏ SƏS VERƏCƏKLƏRİNİ BİLMİRLƏR

Siyasət Materials 14 Sentyabr 2005 18:16 (UTC +04:00)

Azərbaycanda rəyi soruşulanların 40.2% -i 6 tnoyabr parlament seçkiləri günü namizxədinə səs verəcəyi siyasi partiyanı hələ müəyyən etməyib. Bu barədə sentyabrın 14-də Trend ə "Rəy" monitorinq mərkəzinin rəhbəri Rizvan Abbasov sentyabrın 2-dən 5-nə kimi ölkədə seçkiqabağı vəziyyəti öyrənmək məqsədilə Azərbaycanın 38 yaşayış məntəqəsində keçirilən növbəti rəy sorğusunun nəticələrini şərh edərkən bildirib.

"2005-ci il noyabr səsəverməsində iştirakınız nə dərəcədə mümkündür?" sualına respondentlərin 53,3%-i noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 25,8%-i öz iştirakının mümkün hesab edir, 11,8% -i isə bu seçkilərdə səs verməyəcəyini bildirib.

"Əgər parlament seçkiləri yaxın bazar günü keçirilərsə, Siz hansı partiyanın nümayəndəsini dəstəkləyərdiniz?" sualına rəyi soruşulanların 39,1% -i iqtidardakı Yeni Azərpbaycan Partiyasının (YAP) nümayəndəsinə səs verəcəklərini bildiriblər.

Toplanan səslərin sayına görə növbəti yeri müstəqil namizədlər (9,8%) tutub. Müxalifətçi "Azadlıq" blokunun payına 6,9% səs düşüb. Bundan sonra Milli Müstəqillik Partiyası (0,7%), Liberal Partiya (0,4%), müxalifət bloku "YES" (0,2%), heç bir partiya (10,7%) səs toplayıb.

Xəbər lenti

Xəbər lenti