...

MSK NÜMAYƏNDƏLƏRİ ALMANİYANIN RƏSMİ DAİRLƏRİNDƏ GÖRÜŞLƏR KEÇİRİRLƏR

Siyasət Materials 17 Sentyabr 2005 12:52 (UTC +04:00)

Almaniyada səfərdə olan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti bu ölkənin Federal hökumətində, Federal Seçki Komissiyasında, Bundestaqda (parlament) görüşlər keçirirlər. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Qeyd edək ki, sentyabrın 18-də Almaniya Bundestaqına seçkilər keçiriləcək və Azərbaycan Mərkəzi Seçki Komissiyasından 3 nəfər nümayəndə bu seçkinin müşahidəsində iştirak edəcək. MSK sədri Məzahir Pənahov, MSK-nın üzvü Yusif Bağırzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bu məqsədlə sentyabrın 14-dən Almaniyada səfərdədirlər.

MSK-dan bildirilib ki, Azərbaycan nümayəndə heyəti sentyabrın 18-dək Almaniyanın ayrı-ayrı federal torpaqlarının seçki dairələrində olacaq, bu komissiyaların rəhbərləri ilə görüşlər keçirəcəklər. Həmçinin, Almaniyanın Federal Seçki Komissiyasında da görüşlər nəzərdə tutulub.

Keçirilən görüşlər seçki qurumlarının fəaliyyətini müşahidə etməklə yanaşı, həm də Almaniyanın seçki təcrübəsi ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

Sentyabrın 18-də - seçki günü isə MSK nümayəndələri bir və ya bir neçə seçki dairəsində müşahidə aparacaqlar.Nümayəndə heyəti sentyabrın 19-da axşam Azərbaycana qayıdacaq. Sentyabrın 21-nə isə MSK-nını növbəti iclası təyin olunub.

Xəbər lenti

Xəbər lenti