...

"KLASSİKLƏR" AXCP-Sİ MSK-YA VƏ BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİB

Siyasət Materials 20 Sentyabr 2005 16:44 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-klassiklər) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova, ABŞ-ın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rino Harnişə, ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesiyə, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Mats Lindberqə və Azərbaycanın demokratik qüvvələrinə müraciət ünvanlayıb. Bu barədə Trend ə partiyadan məlumat verilib.

AXCP-nin (klassiklər) müraciətində bildirilib ki, hakimiyyət parlament seçkilərində əksər yerləri əldə etmək məqsədi ilə hərbi hissələrdə və islah əmək kaloniyalarda ciddi iş aparmağı planlaşdırıb. "Hərbi hissələrdə və türmələrdə tabeçilik sisteminin movcud olması hakimiyyətin xeyli seçki dairələrində saxtakarlıq imkanlarını genişləndirib. Hərbi hissələrə və türmələrdə seçkiyə nəzarət olunmaması və həmin yerlərdə vətəndaşların çoxluq təşkil etməsi səbəbindən hakimiyyət seçkiləri istədiyi namizədin xeyrinə dəyişə bilər. Bu, seçki dairələrinin yarıdan çoxunu təşkil etdiyindən demokratik seçkiyə güvənən hər bir namizədi düşündürməlidir. MSK namizədlərə həmin yerlərdə görüşlərə imkan yaratmazsa, hakimiyyətin namizədlərinin seçilməsi şübhəsizdir"-deyə müraciətdə deyilir.

Həmçinin qeyd olunub ki, hərbi hissələrdə, İslah Əmək Koloniyalarında beynalxalq təşkilatların və müxalifətin nəzarətinin olmaması hətta orada seçicilərin süni şəkildə artırılmasına da şərait yarada bilər.

AXCP (klassiklər) hesab edir ki, beynəlxalq təşkilatlar və müxalifət bu məsələrlə bağlı ölçü göturməsə, müxalifətin seçkilərdə böyük hesabla məğlub olacağı şübhəsizdir. Partiya MSK rəhbərinə, Azərbaycanda demokratik seçki keçrilməsində maraqlı olan beynalxalq təşkilatlara, səfirliklər və demokratik qüvvələrə müraciət edərək bildirib ki, demokratik seçkinin keçrilməsi üçün əsas predmetlərdən biri Hərbi Hissələrdə və İslah Əmək Kaloniyalrında şəffaflığın təmin olunmasıdır.

Xəbər lenti

Xəbər lenti