...

AZƏRBAYCAN PREZİDENTİ VARNA ŞƏHƏRİNƏ BAŞ ÇƏKİB

Siyasət Materials 24 Sentyabr 2005 14:53 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində sentyabrın 24-də Varna şəhərində olub.

Varnaya səfəri zamanı prezidenti Mehriban Əliyeva müşayiət edib. O, şəhərin meri Kirill Yordanovla birlikdə şəhərin diqqətəlayiq yerlərinə baş çəkib, bir sıra mədəniyyət obyektlərində olub.

İlham Əliyevin Bolqarıstana səfəri sentyabrın 24-də başa çatır.

Xəbər lenti

Xəbər lenti