...

"AZADLIQ" BLOKU NOYABRIN 4-DƏ ÜMUMRESPUBLİKA TƏŞVİQAT AKSİYASI KEÇİRMƏYİ PLANLAŞDIRIR

Siyasət Materials 13 Oktyabr 2005 15:01 (UTC +04:00)

"Azadlıq" bloku parlament seçkisinin təşviqat kampaniyasının yekununda noyabrın 4-də "Azadlıq" meydanında ümumrespublika mitinqi keçirməyi planlaşdırır. Bu barədə Trend ə blokun Mərkəzi Seçki Qərargahından məlumat verilib.

Blok liderlərinin qərarına görə, ölkə üzrə keçirilən tədbirlər, seçicilərlə görüşlər sonda ümumrespublika aksiyası ilə yekunlaşacaq. Bu tədbirin şəhərin mərkəzində - "Azadlıq" meydanında keçirilməsi, orada geniş mitinq və konsert təşkil olunması nəzərdə tutulub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək, əgər razılıq verilməsə, blok liderlərinin ilkin qərarına görə tədbirin keçirilməsinə cəhd göstəriləcək.

Bundan əvvəl isə "Azadlıq" blokunun Azərbaycanın bölgələrində nəzərdə tutulan görüşləri keçiriləcək. Blok liderləri oktyabrın 18-də saat 12.00-də Balakəndə, saat 14.00-da Zaqatalada, saat 17.00-da Şəkidə, oktyabrın 20-də saat 11.00-da Beyləqanda, saat 14.00-da Tərtərdə, saat 16.00-da Bərdədə, oktyabrın 21-də saat 12.00-da Ağdaşda, 14.00-da Göyçayda, 17.00-da Kürdəmirdə, oktyabrın 25-də Əli-Bayramlı, Neftçala və Hacıqabulda seçicilərlə görüşlər keçirəcəklər.

Oktyabrın 23-də isə Bakıda ümumrespublika mitinqi keçirilməsi nəzərdə tutulub. Bununla bağlı oktyabrın 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, aksiyanın yeri ilə bağlı 6 marşrut təklif edilib.

Xəbər lenti

Xəbər lenti