...

Sərdar Cəlaloğlu: ABŞ-da siyasi sığınacaq almış Rəsul Quliyevin Ukraynada həbsi beynəlxalq konvensiyalara ziddir

Siyasət Materials 17 Oktyabr 2005 19:27 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyev oktyabrın 17-də Bakı vaxtilə 17.00 radələrində Ukraynanın Simferopol şəhərində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə Trend ə ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

ADR funksionerinin sözlərinə görə, Rəsul Quliyevi gətirən təyyarənin Azərbaycanda hava limanında yerə enməsinə imkan verilməyib. Ona görə də təyyarə Ukraynaya doğru hərəkət edib. Təyyarə Simferopol şəhərinin hava limanında yenə enən kimi R.Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

S.Cəlaloğlunun sözlərinə görə, ADP sədrinin saxlanılması qeyri-qanuni hərəkətdir, çünki o, ABŞ-da rəsmən siyasi sığınacaq almış vətəndaşdır. Buna görə də mühacirin hər hansı başqa ölkədə saxlanılması beynəlxalq konvensiyalara ziddir. Buna görə də hazırda diplomatik korpuslarla, həmçinin Ukrayna hökuməti ilə danışıqlar aparılır. Həmçinin Ukraynanın Azərbaycandakı səfirliyinə də müraciət olunub.

Xəbər lenti

Xəbər lenti