...

Gəncə üzrə 41,85 % seçici səsverməyə qatılıb

Siyasət Materials 7 Noyabr 2005 11:10 (UTC +04:00)

Gəncənin mövcud 4 dairəsi üzrə 143190 seçici qeydə alınıb. Ən son məlumata görə, səsvermədə 59930 və ya 41,85% vətəndaş iştirak edib. 37 saylı Nizami birinci dairə üzrə 31083 seçicidən 13564 və ya 43,4%, 38 saylı Nizami ikinci dairədən 32116 seçicidən 13557 və ya 42,2%, 39 Kəpəz birinci dairədən 37907 seçicidən 15093 və ya 38,9% və nəhayət, 40 saylı Kəpəz ikinci dairədən 40282 seçicidən 17716 və ya 41,9% seçici səs verib. Ilkin nəticələrə görə, 37 saylı Nizami birinci dairədən Aydın Abbasov (bitərəf), 38 saylı Nizami ikinci dairədən Rövşən Iəliyev (bitərəf), 39 saylı Kəpəz ikinci dairədən Iidadi Məmmədov (YAP) və 40 saylı Kəpəz ikinci dairədən Musa Ümid (YAP) digərləri ilə müqayisədə çox səs toplayıblar.

Xəbər lenti

Xəbər lenti