...

Eldar Namazov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 30 Noyabr 2005 12:50 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək". Bu barədə Trend ə E.Namazovun özü məlumat verib.

Qeyd edək ki, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini verən Eldar Namazov seçkilərin saxtalaşdırılması ilə bağlı əvvəlcə Apellyasiya, sonra isə Ali Məhkəməyə müraciət edib. Hər iki instansiya onun iddiasını təmin etməyib. Noyabrın 30-da isə Konstitusiya Məhkəməsi E.Namazovun müraciətinə cavab verəcək.

E.Namazov isə bildirib ki, Konstitusiya Məhkəməsinin də onun müraciətinə cavab verməyəcəyini yəqinləşdirib: "Ona görə də bu prosedurları keçdikdən sonra sənədləri beynəlxalq məhkəmələrə təqdim edəcəm. Seçkilərdə qalib gəldiyimi bu məhkəmələr vasitəsilə sübuta yetirəcəm", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti