...

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlana bilər və nizamlanmalıdır

Siyasət Materials 2 Dekabr 2005 17:51 (UTC +04:00)
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlana bilər və nizamlanmalıdır

" Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlana bilər və nizamlanmalıdır". Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev 3-cü çağırış parlamentin ilk iclasında çıxışı zamanı bildirib.

"Bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycanın etdiyi ən böyük güzəşt artıq 10 ildən artıq sülh danışıqlarını davam etdirməsidir. Mənə elə gəlir ki, əgər Azərbaycan çox güclü iqtisadi potensiala malik olarsa, bu münaqişəni daha asan həll etmək mümkün olacaq", -deyə o bildirib.

İ.Əliyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətləndirici adlandırmaq olar. Həmsədrlərin danışıqlar prosesinin irəliləməsində maraqlı olduqları hiss olunur. Avropa Şurası və digər beynəlxalq təşkilatlar dəfələrlə bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan ediblər". "Lakin bizim səbrimiz də hüdudsuz deyil"-deyə prezident Azərbaycanın hərbi büdcəsinin 600 milyon dollara qədər artdığını xatırladıb.

Prezident həmçinin qeyd edib ki, danışıqlar prosesində istifadə olunmamış potensial da mövcuddur və sülh danışıqları davam etdiriləcək. "Azərbaycanın güclü dövlətə çevrilməsindən sonra istənilən problemi həll etmək mümkün olacaq. Azərbaycan münaqişənin mərhələli həlli planını dəstəkləyir və bu, prinsipial və dəyişməz tezisdir", - deyə İ.Əliyev sonda bildirib.

Xəbər lenti

Xəbər lenti