...

Seçki qanunvericiliyini pozmuş daha üç şəxslə bağlı cinayət işi məhkəmə baxışına göndərilib

Siyasət Materials 20 Dekabr 2005 18:07 (UTC +04:00)

Seçki qanunvericiliyini pozmuş daha üç şəxslə bağlı cinayət işi məhkəmə baxışına göndərilib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqova məlumat verib.

"Həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159.1 (seçki hüqununun həyata keçirilməsinə mane olma) maddəsi ilə təqsirləndirilir.

Həmin maddə ilə Baş Prokurorluğun icraatında ümumilikdə 16 cinayət işi olub. Onlardan 9-u artıq bir həftədən artıq on gündən artıqdır ki, məhkəmə baxışına verilib. Son iki gün ərzində isə daha üç cinayət işi yekunlaşdırılaraq müvafiq məhkəmələrə göndərilib".

Ə.Qonaqova onu da bildirib ki, hazırda Baş Prokurorluğun icraatında eyni maddə üzrə 4 cinayət işi var. Yaxın vaxtlarda həmin cinayət işləri üzrə istintaq da yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti