...

Əli Əliyev: "Yanvarın 22-nə mən də AMİP-in fövqəladə qurultayını çağıracam"

Siyasət Materials 11 Yanvar 2006 19:07 (UTC +04:00)

"AMİP-i son 11 ayda üçüncü dəfədir ki, qurultaya sürükləyirlər. Görürəm ki, qurultay çağırmaq artıq dəbə minib, ona görə mən də yanvarın 22-nə AMİP-in fövqəladə qurultayını çağıracam". Bu fikirləri Trend ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri (partiyanın lideri onun sədr səlahiyyətlərinin alındığını bildirir-red.) Əli Əliyev açıqlayıb.

Əli Əliyevin sözlərinə görə, AMİP-in lideri Etibar Məmmədovun yanvarın 11-də yaydığı bəyanat əslində dolayısıyla onun fikirlərini təsdiqləyir: "Etibar Məmmədov bu bəyanatında özü də bilmədən mənim mövqeyimiz düzgünlüyünü, mənim çağırdığım Mərkəzi Şuranın iclasının legitim olduğunu və mənə etimadsızlıq göstərilməsinin qeyri-qanuniliyini sübut edir. həm də Etibar Məmmədov bir daha göstərdi ki, partiya daxilində mənim əleyhimə yönəlmiş proseslərə özü rəhbərlik edir, mənim sədrlikdən getməyimdə özü maraqlıdır"-deyə Əli Əliyev vurğulayıb.

Ə.Əliyev qeyd edib ki, partiyada eyni bir orqanın iclasını həm Mərkəzi Şura, həm də partiyanın lideri çağırır. "Buna görə onların qurnultaylarını elan etdikləri vaxtda mən də qurultay çağıracam. Onsuz da mənim çağırıdığım toplantılar legitim olur. Bu qərarımı sabah elan edəcəyəm"-deyə Əli Əliyev bildirib.

Onun sözlərinə görə, özünün çağırdığı qurultayda AMİP-lə bağlı bir sıra ciddi dəyişikliklər ediləcək. Belə ki, partiyanın Mərkəzi Şurasının tərkibində, həmçinin Nizamnaməyə dəyişikliklər olunacaq, ciddi struktur islahatları aparılacaq, Mərkəzi İntizam Komissiyasının fəaliyyəti yenidən qurulacaq. Əli Əliyevin sözlərinə görə, qurultayda hətta partiyanın liderinin də statusuna yenidən baxıla bilər.

Qeyd edək ki, partiyanın lideri Etibar Məmmədov başda olmaqla Əli Əliyevdən narazı olan AMİP-çilər yanvarın 22-də qurultay keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti