...

Əli Məsimov: "Maliyyə resursları tərəfindən çətinliyimiz var"

Siyasət Materials 3 Fevral 2006 14:29 (UTC +04:00)

İntellektual və insan resurslarımızın yetərincə olmasına baxmayaraq maliyyə resursları tərəfindən çətinliyimiz var. Bu barədə Trend ə Azad Demokratlar Birliyinin (ADB) sədri, millət vəkili Əli Məsimov bildirib.

ADB sədri onu da bildirib ki, maliyyə resurslarının olmaması üzündən birliyin təşkilatlanması və qurultayının keçirilməsi prosesi ləngiyir: "Bütün bunları daxili imkanlarımız hesabına həyata keçirməyi planlaşdırmışıq. Amma müəyyən olunan vaxta qədər həyata keçirə bilmirik". Ə.Məsimov onu da vurğulayıb ki, 6 ay bundan öncəyə nisbətən indi ADB daha güclü təşkilatlanır: "Bakı, Şəki və onun ətraf rayonlarında yerli təşkilatlarımız formalaşdırılıb. İndiki təşkilatlanmanı daha qənaətbəxş hesab edirəm"

ADB sədri vurğulayıb ki, qarşıya qoyulan məqsədlərinə çatdıqdan sonra, daha doğrusu maliiyə problemləri həll edildikdən sonra may ayında qurultay keçirəcəklər. Təşkilatın adına gəldikdə isə Ə.Məsimov bildirib: "Azad Demokratlar Birliyi siyasi partiya funksiyasını yerinə yetirəcək. Avropada Xristian Demokratlar İttifaqı, Azad Demokratlar İttifaqı fəaliyyət göstərdiyi kimi, belə bir modelin bizdə də olmasına çalışırıq".

Xəbər lenti

Xəbər lenti