"Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi müsbət hal olardı. Bu, həm də partiyaların xaricdən mənbəyi məlum olmayan maliyyənin, qrantların almasının qarşısını almağa köməklik göstərər". Bu fikirləri Trend ə açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib.
O, qeyd edib ki, "Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklər edilərsə, bu, yalnız partiyaların inkişafı yönündə olmalıdır. Dəyişikliklərdə həm də partiyaların dövlət tərəfindən maliyyələşməsi də əksini tapmalıdır. İlyas İsmayılovun fikrincə, dövlət büdcəsindən maliyyələşmə siyasi partiyaların müstəqil fəaliyyətinin, mövqeyinin nəzarətə götürülməsinə əsas vermir: "Ancaq həmin vəsaitlə bağlı dövlətin nəzarəti olmalıdır. Çünki pul ayrılıbsa, onun hara xərcləndiyini gəlib yoxlamalıdırlar".