...

MSK-nın fevralın 25-də seminar-müşavirəsi, mayın 11-dək isə KİV-lərdə maarifləndirici tədbirləri keçiriləcək

Siyasət Materials 22 Fevral 2006 18:20 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də dairə seçki komissiyalarının üzvləri üçün seminar-müşavirə keçirəcək. Trend in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov komissiyanın iclasında məlumat verib. O, bildirib ki, MSK seçkilərlə bağlı maarifləndirmə işlərini davam etdirir, televiziya kanallarında komissiya üzvlərinin çıxışları, qəzetlərdə müsahibələri təşkil edilir.

M.Pənahov bildirib ki, təkrar parlament seçkisinə qədər MSK ayda bir dəfə olmaqla telekanallarda 3 dəyirmi masa keçirəcək. Bunlar mart, aprel və may aylarında AzTV və İctimai televiziyada təşkil olunacaq, hər biri seçkiylə əlaqədar ayrı-ayrı mövzulara həsr ediləcək. Dəyirmi masada iştirak edən MSK üzvləri təkrar seçkilərlə bağlı maarifləndirici məlumatlar verəcəklər.

Fevralın 25-də MSK-da keçiriləcək seminar-müşavirədə isə təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsinin dairə seçki komissiyalarının bütün üzvlərinin iştirakı nəzərdə tutulub. Həmçinin, ölkə üzrə digər dairə seçki komissiyalarının sədr və üzvləri də dəvət olunub. Mayın 1-dən 11-dək isə MSK üzvlərinin KİV-lərdə ardıcıl şəkildə 10 mövzu üzrə maarifləndirici çıxışları olacaq.

Xəbər lenti

Xəbər lenti