...

Vladimir Putin Heydər Əliyev Fondunda olub

Siyasət Materials 22 Fevral 2006 18:22 (UTC +04:00)

Fevralın 22-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fonduna gedib. Trend bildirir ki, V.Putin və Azərbaycan prezidenti İlham Əliyevi Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qarşılayıb.

Rusiya prezidenti XX yüzilliyin tanınmış dövlət xadimi, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevə həsr olunmuş ekspozisiya - fotoşəkillər, sənədlər və şəxsi əşyalarla tanış olub.

Rusiyalı qonağa Fondun ekspozisiya və fəaliyyəti haqqında İlham Əliyev və Fondun prezidenti M.Əliyeva məlumat verib.

Vladimir Putin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti