...

Azərbaycanın nəqliyyat Nazirliyi avtomobil nəqliyyatı vasitələrinin sahibləri üçün lisenziyalar tətbiq etməyə başlayıb

Siyasət Materials 2 Mart 2006 15:03 (UTC +04:00)

Azərbaycanın nəqliyyat Nazirliyi yük və sərnişin daşımaları ilə məşğul olan avtomobil nəqliyyatı vasitələrinin sahibləri üçün lisenziyalaşdırma sisteminin tətbiqinə başlayıb. Analoji lisenziyalar taksi sahiblərinə də tətbiq ediləcək. Trend bildirir ki, martın 2-də keçirilmiş mətbuat konfransında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bu barədə bəyan edib.

Lisenziyalarla yanaşı avtomobil nəqliyyatı vasitələrində vergi ödənişinə dair fərqləndirmə nişanları da veriləcək. Fiziki və hüquqi şəxslər lisenziya alınması üçün nəqliyyat nazirliyinə müraciət edəcək. Nazir qeyd edib ki, avtomobil nəqliyyatı vasitələrinin ekspertizasından sonra lisenziyaların verilib-verilməməsi məlum olacaq. Lisenziyaların dəyəri 100 şərti maliyyə vahidinə bərabər olacaq. Lisenziyaların qüvvədə olma müddəti beş il təşkil edəcək. Amma avtomobil nəqliyyatı vasitələrinin lisenziyalaşdırılmasına dair kartlar bir il müddətinə veriləcək. Beləliklə, avtomobil nəqliyyatı vasitələrinin vəziyyəti və lisenziya şərtlərinə riayət edilməsi hər il yoxlanılacaq.

Z.Məmmədov qeyd edib ki, lisenziyaların verilməsi üçün təxminən 10 yer təşkil edilməsi nəzərdə tutulur. Bunlardan hər birində lisenziyalar müvafiq daşıma növünə görə (yük, sərnişin, taksi və s.) veriləcək. Bütün avtomobil nəqliyyatı vasitələrinin sahibləri 6 ay ərzində lisenziya almalıdır.

Nəqliyyat Nazirliyi də lisenziya kartlarının verilməsi üçün regional şöbə (Bakı da daxil olmaqla 9 region) yaradıb. Bundan başqa, nazirliyin nəzdində lisenziya şərtlərinin icra edilməsinə görə nəzarəti həyata keçirəcək təftiş şöbəsi yaradılıb. Yeni sistemin tətbiqi avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin vergidən yayınması ilə mbarizəni, həmçinin sərnişinlərə və yük sahiblərinə göstərilən lazımi xidməti yaxşılaşdırmağa kömək edəcək.

Xəbər lenti

Xəbər lenti